NASA-nın astronavtları kosmosdan qayıtdılar

  • 03.08.2020
  • 0

ABŞ-ın “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi ilə kosmoso göndərdiyi NASA-nın astronavtları geri qayıdıblar. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bob Benken və Doq Hurli mayın 30-da “Falcon 9” gəmisi ilə kosmosa yola salınmışdı. Astronavtlar 19 saatlıq uçuşdan sonra Atlantik okeanın Florida sahillərində uğurlu eniş ediblər. Eniş Bakı vaxtı ilə 22:48-də yekunlaşıb.

Nə düşünürsən?