Çinin Çuntsin şəhərində yolun kənarı ilə gedən iki nəfər qəfildən yarılan asfaltın altına yıxılıblar. Sfera.az xəbər verir ki, hadisə iyunun 27-də baş verib. Xoşbəxtlikdən, hər iki şəxs sağ qalıb: onlar yerli yanğınsöndürənlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıblar. Hadisəyə Çində bir neçə həftə ərzində yağan leysan yağışların səbəb olduğu ehtimal edilir.