"Porsche 918 Spyder" "Bugatti Chiron" ilə yarışdı!

  • 31.07.2020
  • 0

“Porsche 918 Spyder” 2015-ci ildə avtomobil bazarından çıxarkən, “Bugatti Chiron” isə 2016-cı ildə sürətli şəkildə bazara daxil oldu. "Porsche 918 Spyder'"n 4.6 litrlik V8 mühərriki və 2 elektrik mühərriki istifadə edən bir avtomobildir. Bu model mühərrik sistemindən 900 at qüvvəsi və 1350 Nm fırlanma anı istehsal edir. “Bugatti Chiron” 8.0 litr kütləsi olan W16 mühərrikinə və 1520 at gücünə malikdir. 1600 Nm fırlanma anı istehsal edir. Ancaq təbii ki, yarış zamanı güc və fırlanma hər şey deyil, buna dartma sistemi, sürət qutusu, şinlər, nəqliyyat vasitəsinin vəziyyəti və s. bir çox amil də təsir edir. Avtosfer.az daha çox ipucu vermədən bu rəqabətli yarışı sizə təqdim edir.

Nə düşünürsən?