İcazəsiz rayonlara getmək istəyən sürücülər geri qaytarılıb

  • 31.07.2020
  • 0

Dörd günlük Qurban bayramı tətilini fürsət bilən bəzi şəxslər rayonlara getməyə cəhd ediblər. Xezerxeber.az-ın məlumatına görə, icazəsi olmayanlar da bölgələrə üz tutduğu üçün Bakı, Sumqayıt və Abşeronun çıxışındakı postlarda sıxlıq yaşanıb. Amma buna baxmayaraq bütün postlarda Yol polisi, Çevik polis Alayı və Daxili Qoşunların hərbçiləri yoxlama aparırlar. Ölkə ərazisi üzrə icazəsi olmayan sürücü və sərnişinlər geri qaytarılır. Çəkiliş zamanı çoxlu sayda vətəndaşın müxtəlif rayonlara getdiyinin şahidi olduq. Onların bir çoxu postda etiraf etdilər ki, bayramla əlaqədar icazəsiz yaşayış yerlərini tərk edirlər. Geri qaytarılanlar arasında 8103-ə SMS yazıb çıxanlara da rast gəlindi. Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edib. İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?