Sumqayıt, Cəlilabad və Ağdaşda ağır qəzalar

  • 31.07.2020
  • 0

Cəlilabadda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, Göytəpə şəhər sakini Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 27 yaşlı Asim Allahverdiyev isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Sumqayıtda isə yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan yol kənarında duran 55 yaşlı Ələddin Rüstəmovu vuraraq onun üstündən keçib. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Ağdaşda da 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yuxarı Qəsl kəndində Ağdaş sakini, 61 yaşlı Üzeyir Qafarovun idarə etdiyi minik avtomobili ilə Göyçay rayon sakini Siyavuş Qafurovun idarə etdiyi minik maşını toqquşub. Nəticədə Siyavuş Qafurov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin - Göyçay sakini, 47 yaşlı Habil Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?