Qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər cəzalanıb

  • 31.07.2020
  • 0

Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanıb. Xezerxeber.az-ın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanaraq bölməyə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib. Şəmkir Həsənov və onunla birgə saxlanan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə olunub. Abşeron rayonu, Saray qəsəbəsində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanıblar. ''Xocavənd'' ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər. Onlar saxlanan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, polisin bu cür yoxlamaları sabah da aparılacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?