Koronavirusla mübarizə aparan rəssam

  • 31.07.2020
  • 0

Həm sağlamlığına qovuşmaq üçün koronavirusa qarşı mübarizə apardı, həm də bu müddət ərzində maraqlı və orijinal əsərlər ərsəyə gətirdi... Xezerxeber.az-ın məlumatına görə, söhbət incəsənət üzrə fəlsəfə doktoru, rəssam Nərminə Ağasidən gedir. O, bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxub. Müalicə almaq üçün Atletlər kəndinə yerləşdirilib. Nərminə Ağasi, dünyanı cənginə alan virusa nəinki təslim olub, əksinə, bu virusu məğlub etməklə yanaşı, paralel şəkildə çox sevdiyi rəssamlıq fəaliyyəti ilə də məşğul olub. Nəticədə bir-birindən maraqlı əsərlər ortaya çıxarıb. Əl işlərinin hazırlamasında isə xəstəxanada işlədilən əşyalardan istifadə edib. Nərminə Ağasi Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizi də unutmayıb. "Qarabağ Azərbaycandır!" adlı əl işi məhz bu şəhid hərbçilərimizin xatirəsinə həsr olunub. Rəssam digər əsərlərində də Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirməyə çalışıb. Rəssam yaxın günlərdə evə buraxılacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?