Koronavirusla mübarizədə daha bir dəyərli həkimi itirdik

  • 31.07.2020
  • 0

Azərbaycan səhiyyəsi koronavirusla mübarizədə daha bir dəyərli həkimini itirib. “Qafqazinfo” xəbər verir ki, Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Mərkəzi Hərbi Hospitalın anestezioloq-reanimatoloqu 39 yaşlı Teymur Cəfərov dünən gecə koronavirusdan dünyasını dəyişib. Teymur Cəfərov uzun illər Mərkəzi Hərbi Hospitalda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Cavan olmasına baxmayaraq, istər aprel döyüşlərində, istərsə də, ön cəbhədə ola bilən istənilən anda həm zabit, həm də Hipokrat andına hər zaman sadiq olub. İlk ən öndə gedən insanlar içərisində yer alması ilə, öz professional həyatında, həkimlik peşəsində yüksək intellekti və yüksək bacarığı ilə sayılıb-seçilən insanlardan biri olub. Hər zaman da fəaliyyət göstərdiyi mərkəzin rəhbərliyi tərəfindən təqdir olunan və hamı tərəfindən sevilən bir insan olub.

Nə düşünürsən?