34 min insan Tixanovskaya üçün mitinqə çıxdı

  • 31.07.2020
  • 0

Belarusun paytaxtı Minskdə prezidentliyə namizəd Svetlana Tixanovskayaya çoxminlik dəstək mitinqi baş tutub. Axar.az xəbər verir ki, mitinq ciddi təhlükəsizlik tədbirləri çərçivəsində “Xalqlar dostluğu” parkında keçirilib. Bildirilib ki, mitinq iştirakçıları xanım namizədi 2 saatdan çox gözləyiblər. Bu zaman ərzində səhnədə musiqiçilər, seçki kampaniyası zamanı tutulanların yaxınları çıxış edib. Daha sonra Tixanovskaya gələrək mitinq iştirakçıları qarşısında nitq söyləyib. Qeyd edək ki, hüquq müdafiəçiləri mitinqdə 34 min insanın iştirak etdiyini bildirib.

Nə düşünürsən?