1xbet

Ağdaşda qəza olub, ölən və xəsarət alan var

  • 31.07.2020
  • 78 baxış
  • 0

Ağdaş rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Ağdaş sakini 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı S.Qafurov ağır xəsarətlər alaraq dünyasını dəyişib, sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?