Qurban bayramı | Qurbanlıq heyvanların kəsilməsi qaydası, vaxtı

  • 31.07.2020
  • 0

⏩▶️ABUNƏ OLUN!◀️ https://www.youtube.com/channel/UCBRBXxIvXzwVYVj_Bp0bhsw?sub_confirmation=1 Qurban bayramı | Qurbanlıq heyvanların kəsilməsi qaydası, vaxtı | Əqiqə, Kəffarə, Nəzir, Udhiyyə Qurban bayramı Günümüzdə qurban kəsmə mərasimi həcc günlərinə təsadüf edən bayram günləri keçirilir. Həcc ibadəti hər nə qədər Hz. Adəmin dövrünə gedib çıxsa da onun canlandırılaraq, əsas qayda-qanunlarının formalaşdırılması Hz. İbrahimin adı ilə bağlıdır. Quran isə bunu kamillik zirvəsinə çatdırmışdır. Bir sözlə, Allaha yaxınlıq üçün olan qurban kəsmə mərasimi Hz. İbrahim və onun mübarək oğlu Hz. İsmayılın yaşadıqları böyük hadisənin xatirəsini yaşatmaqdır. Qurbanlar və onlara dair dini hökmlər Qurbanlar bir neçə növ olur: 1. Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, o da olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər. 2. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan dolayı cərimə olaraq kəsilən qurban növüdür. Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir. Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin fərz olmayan bəzi qaydalarını tərk etməyin cəzası da bir qoyun və ya bir keçi qurban kəsməklə ödənilir. 3. Nəzir və ya ədəq qurbanı: bu, bir işdən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvan və neçə dənə nəzərdə tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər. 4. Udhiyyə qurbanı: bu, qurbanların ən məşhur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar”. Qurbanı kimlər kəsməlidir? Azad, səfərdə olmayan varlı müsəlmanlar qurban kəsə bilərlər. Varlı olanlar evə sahib və əsas tələbatlarını ödəyə bilən, zəruri ehtiyaclar üçün lazım olan hər şeyə və ya bunların qiyməti qədər pula sahib olan kəslərdir. Qoyun və keçini 1 nəfər, dəvə və inəyi isə 7 nəfər şərikli kəsə bilər. Qurban sahibi, onun ailəsi qohumları bu ətdən yeyə bilərlər, ancaq bir şərtlə ki, ətin bir hissəsi möhtaclara, imkansızlara paylanılsın. Qurbanlıq heyvanlar Qoyun, keçi, inək və ya dəvənin dişi və ya erkəyi qurbanlıq heyvan ola bilər. Dəvə ən az 5 illik və yuxarı, inək cinsindən olanlar ən azı 2 illik və ya yuxarı, qoyun və keçi 1 illik və ya bir illik kimi görünən 7-8 aylıq heyvanlar olmalıdır. Heyvanların keyfiyyəti Kəsiləcək heyvanlar nöqsansız olmalı, 1 və ya 2 gözü kor, axsaq, qulağının yarısından çoxu kəsik, həddindən artıq cansız, xəstə və sair nöqsanları olmamalıdır. Oğurluq, əmanət götürülən heyvanlardan da qurban olmaz. Burulmuş (xədim edilmiş) heyvanları isə qurban kəsmək olar. Qurban ətinin bölüşdürülməsi Kəsilmiş heyvanların ətinin bir hissəsi ehtiyacı olanlara paylanılmalıdır. Kəsən və onun ailəsi, qohum və tanışlar qurban ətindən yeyə bilərlər. Kəsilən heyvanın ətini, dərisini və s. hissələrini satmaq, başqa bir şey ilə dəyişdirmək, qəssaba zəhmət haqqı kimi vermək olmaz. Ancaq qəssaba bunlardan hədiyyə etmək mümkündür. Qurbanın kəsilmə vaxtı Qurban kəsmə vaxtı Qurban bayramının birinci günü bayram namazının sonundan etibarən bayramın dördüncü günü əsr vaxtına, yəni, Zülhiccənin 10-cu günündən 13-cü gününə qədər davam edir. Qurbanın kəsilməsi qaydası Qurbanın kəsilməsi qaydası belədir: “Bismilləh, Allahu əkbər” deməklə əvvəlcə nəfəs, sonra yemək borusu, daha sonra isə onların arasındakı iki damar kəsilir. Qurbanlıq heyvanı gözəl şəkildə kəsmək, əziyyət verməmək üçün bıçağı ona göstərməmək, rahat kəsilməsi üçün bıçağı yaxşıca itiləmək lazımdır. Allah qurbanlarınızı qəbul etsin! Mənbə: https://www.timeturk.com/az/2010/11/12/qurbankesme-ve-ona-dair-qaydalar.html Musiqi 1: Jay Sweeps 3:32 Geographer Ambiyans | İlham Verici Musiqi 2: Mirage 2:58 Chris Haugen Sinematik | Dramatik Musiqi 3: Amazing Grace 2:40 Audionautix Country ve Folk | İlham Verici Audionautix sanatçısının Amazing Grace adlı şarkısı, Creative Commons Attribution lisansı (https://creativecommons.org/licenses/by/4.0/) altında lisanslıdır. Sanatçı: http://audionautix.com/

Nə düşünürsən?