Bölgələrin su təminatı yaxşılaşdırılır

  • 30.07.2020
  • 0

Həm təsərrüfat sahələrinin suvarılması, həm də insanların içmələri üçün su ilə təminat yaxşılaşdırılır. Dövlət başçısının tapşırığına əsasən, su problemi yaranmış yaşayış məntəqələrində, eləcə də fərdi evlərdə məsələ həllini tapır. Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunda yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Rayonun Soğanverdiler kəndində su olmamasına görə sakinlər uzun illərdir ki, əkin sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Kəndin ərazisində 2 ədəd su quyusu qazılıb. Bu quyular vasitəsilə 70 hektardan çox əkin sahəsinin suvarılması nəzərdə tutulub. Bu il dövlət başçısının sərəncamına əsasən, Bərdə rayonu ərazisində 23 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan 19-u hazır vəziyyətə gətirilib. Zaqatalanın Aşağı Tala kəndi də su sarıdan problemi olan kəndlərdəndir. Bu kəndin 8000-ə yaxın sakini dağ və subartezian suları ilə içməli suya olan tələbatını ödəyir. Hazırda kənddə 7 subartezian quyusu işlək vəziyyətdədir. Buna baxmayaraq, bu artezianlar kənd əhalisini təmin edə bilmir. Kəndin Sahil küçəsində qazılmış subartezian quyusu bu küçədə yaşayan 100 ailənin içməli su problemini birdəfəlik həll edir. Kənd sakinləri bildirirlər ki, Prezident İlham Əliyevin tapşırığından sonra yerli qurumlar işlərə başlayıblar. Qeyd edək ki, Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə su təsərrüfatında mövcud olan problemlər müzakirə edilərək görüləcək işlər müəyyən olunub, əhalinin və təsərrüfatların su təchizatının yaxşılaşdırılması üçün müvafiq tapşırılqar verilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?