Ramiz Mehdiyevə daha bir vəzifə verildi

  • 29.07.2020
  • 0

AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Müşahidə Şurasının sədri, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Şuranın katibi təyin edilib. Yeni qərarda şuranın üzvləri siyahısında AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev və İradə Hüseynova, eləcə də Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev də yer alıb.

Nə düşünürsən?