Əhməd Obalı Sevincdən danışdı: Əxlaqdan kənar...

  • 29.07.2020
  • 0

Şəhid Osman Mirzəyevin qızı Sevinc Osmanqızının Azərbaycan əleyhinə olan fikirləri təkcə həmvətənlərimizi deyil, Güney azərbaycanlılar tərəfindən də qəzəblə qarşılanıb. Güney Azərbaycan türklərinin liderlərindən biri, Günaz TV-nin sahibi, ABŞ-ın Çikaqo şəhərində yaşayan Əhməd Obalı Sevinc Osmanqızını məlum çıxışlarına görə qınayıb, öz Yutub kanalı vasitəsilə erməni vəhşiliyinə haqq qazandıran şəhid qızına tutarlı cavab verib. Axar.az xəbər verir ki, Əhməd Obalı Sevinc Osmanqızının "...etikadan, əxlaqdan kənar" onun səsini montaj edərək, özü istədiyi şəkildə efirə verməsini kəskin şəkildə qınayıb. O deyib ki, Sevinc Osmanqızına məlum çıxışından sonra zəng edib, lakin telefonu bağlı olduğu üçün Votsapla səs göndərib. Ə.Obalı öz çıxışında həmin səs yazısını da səsləndirib. Məlum olur ki, orada o, Sevinc Osmanqızına efirə verdiyi çıxışı ilə bağlı fikir bildirir. Sakit, mədəni, lakin tənqidi. Və həmin çıxışın ermənilərin xeyrinə olduğunu qeyd edərək onun efirdən qaldırılmasını xahiş edir.

Nə düşünürsən?