Qayda pozan sürücü qəza törədərək xəsarət aldı

  • 29.07.2020
  • 0

Bakının Yasamal rayonunda iki avtomobilin iştirakı ilə baş verən qəzada bir nəfər xəsarət alıb. Baku TV xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobilin sürücüsü küçə ilə hərəkətdə olan zaman geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn “Dodge” markalı nəqliyyat vasitəsi “Hyundai”a çırpılıb. Qəza nəticəsində “Dodge” markalı avtomobilin sürücüsü ayaq nahiyəsindən yüngül xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb “Dodge” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozaraq dönmə əməliyyatı edən “Hyundai”a yol verməməsi olub. Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?