Qaydanı pozan velosipedçilər cərimələndi

  • 28.07.2020
  • 0

Dənizkənarı Milli Parkda reyd Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirləri çərçivəsində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə Səbail RPİ əməkdaşları tərəfindən reyd keçirilib. Ərazidə velosipedlərin hərəkət etməsi üçün müvafiq yerlərin olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla tövsiyələr verilib. Qeyd edək ki, reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülməklə, barələrində müvafiq protokollar tərtib olunub.

Nə düşünürsən?