28 iyul: TƏBİB koronavirusla bağlı məlumat yaydı

  • 28.07.2020
  • 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 28-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 429 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 698 815 test aparılıb. Aktiv xəstə sayı 6 555 nəfərdir, onlardan 299 nəfər reanimasiyadadır, 73 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Nə düşünürsən?