3-cü Şollar su kəməri çəkiləcək

  • 28.07.2020
  • 0

Yeni su xəttinin çəkilməsi ilə bağlı layihə hazırlanır Ölkəmizdə su ehtiyatı kifayət edir ki, Bakı şəhəri tam keyfiyyətli içməli su ilə təmin olunsun. Bu sözləri “Azərsu” ASC-nin departament rəisi Bahadur Kəngərli keçirdiyi mətbuat konfransında deyib. O, səmərəsiz, uçotsuz, sayğacsız istifadə halları, eyni zamanda, layihələrin tam başa çatdırılmaması əldə olan su həcminin istehlakçılara normal çatdırılmasına və bölüşdürülməsinə maneə törətdiyini deyib. Bildirib ki, üçüncü Şollar su mənbəyində müvafiq tədqiqat işləri görüləcək. Həmçinin mənbəyin yaradılması ilə bağlı layihələndirmə işləri aparılaraq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək.

Nə düşünürsən?