Rus cizgi filmi dünyanın ən sevilən 5 uşaq brendindən biridir

  • 28.07.2020
  • 0

Rusiyanın "Maşa və Ayı" animasiya cizgi filmi dünyanın ən çox sevilən uşaq əyləncə brendlərinin ilk 5-liyinə daxildir. BiG.AZ-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Animaccord" şirkətinin mətbuat xidmətindən bildirilib. "Kidz Global" araşdırma agentliyinin sorğusu göstərir ki, "Maşa və Ayı" altı yaşdan kiçik qızlar arasında ən çox sevilən beş cizgi filminə daxildir. Avropa və Latın Amerikasında da bu cizgi filmi altı yaşdan kiçik uşaqlar arasında olduqca populyardır. 39 dilə tərcümə olunan "Maşa və Ayı" cizgi filminin yaradıcıları daha öncə koronavirus pandemiyası zamanı evdə qalmağa çağırış edərək serialın qəhrəmanlarını "təcrid ediblər". Yeni seriyada onlar giyena qaydaları barədə və evdə qalarkən məşğul ola biləcəyimiz işlər haqqında danışıblar.

Nə düşünürsən?