Yola çıxanda güzgüyə baxmazlar?

  • 28.07.2020
  • 0

YPX.AZ xəbər verir ki, 27 iyul 18:17 radələrində Xırdalan şəhərində yol kənarından hərəkətə başlayan 10 NO 254 dövlət qeydiyyat nişanlı OKA markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan və hərəkətdə olan nəqliyyat vasitələrinə diqqət etmədən hərəkətə başlayır. Xoşbəxtlikdən videogörüntünü göndərən sürücü sürəti azaldır deyə qəza baş vermir. Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub.

Nə düşünürsən?