"Neftçi"nin yeni transferi: "Burada titullar qazanmaq istəyirəm"

  • 28.07.2020
  • 0

"Neftçi"nin yeni transferi Tallison Diaz klubun telekanalına müsahibəsində deyib. Offsideplus.azBraziliyalı sol cinah oyunçusu bildirib ki, bu komandada ancaq yaxşı şeylər gözləyir: "Bu böyük klubda oynamaq fürsətim olduğu üçün xoşbəxtəm. Çox sevincli və həvəsliyəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarımla böyük işlər görə bilərik. Hamımız çalışmalıyıq ki, qarşıdan gələn çempionat və Avropa Liqası oyunlarında daha da irəli getmək üçün əlimizdən gələni edək". Tallisonun sözlərinə görə, əsas məqsədi "Neftçi"nin formasını geyinməklə bacarıqlarını göstərə bilmək, komanda yoldaşları ilə birlikdə ona inanan insanların etimadını doğrultmaqdır: "Titullar qazanmaq istəyirəm. Bu, mənim üçün çox önəmlidir. Məqsədim adımı komandanın tarixinə yazaraq bu böyük klubda mövqeyimi daha da bərkitməkdir". Qeyd edək ki, "Neftçi" 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Nə düşünürsən?