ABŞ-Meksika sərhədində qasırğa "Tramp divarı"nı uçurdu

  • 27.07.2020
  • 0

ABŞ-ın Texas ştatında baş vermiş “Hanna qasırğası” ABŞ-Meksika sərhədində inşa olunan və “Tramp divarı” kimi tanınan divarın bir hissəsini Uçurub. Hadisə Texas ştatı ilə Meksikanın Tamaulipas ştatları arasında qeydə alınıb. Qeyd olunur ki, hadisə yerində bir neçə işçi olub. Xəsarət olanlarına olmadığı deyilir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp prezident seçilməzdən əvvəl qanunsuz miqrasiyanın qarşısını almaq almaq üçün Meksika ilə sərhəddə divar ucaldacağını elan edib. 2019-cu ildə Ali məhkəmə divarın tikintisi üçün Müdafiə Nazirliyinin büdcəsindən 2,5 milyard dollar vəsaitin ayrılması barədə qərar verib. (Trend)

Nə düşünürsən?