Rusiyada azərbaycanlını döydü, sonra onu tapıb...

  • 27.07.2020
  • 0

Videoda görünənlər eyni adamlardır - 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı görnüşlü şəxs. Azərbaycanlı satıcı "erməniyə mal satmıram" deyə, elan yapışdırıb. Bu da videoda görünən rusun xoşuna gəlməyib. Videonun birinci hissəsində rusun necə aqressiv olduğu və idmançı cüssəsindən istifadə edərək azərbaycanlıya qarşı fiziki təzyiq və təhqir etdiyi görünür. Hətta axırda hündürdən və qəzəbli səslə soruşur: "Ponyal?" ("Başa düşdün?"). İkinci hissədə isə onun gəlib döydüyü azərbaycanlıdan üzr istədiyi, baş verənlərin anlaşılmazlıq olduğunu dediyi görünür. Bu, o deməkdir ki, artıq onun özünü "başa salıblar". Sözügedən video kadırları sizə təqdim edirik:

Nə düşünürsən?