1xbet

Sevinc Osmanqızından ermənilərə dəstək

  • 26.07.2020
  • 6K baxış
  • 0

Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Sfera.az xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb. O, iddia edib ki, guya bu gün "sivil" qarşıdurmanı pozan Azərbaycan tərəfidir. "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, "baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desin. "Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları "görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görməzlikdən gəlir? "Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir: "Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı. Məntiqsiz cümlələri ilə özü özünü ifşa edən jurnalist təəssüf ki, hansısa maraqlardan irəli gələrək Azərbaycanı nüfuzdan salmağa çalışır. Sevinc Osmanqızı gah "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir” - deyir, gah da "Davanın kimin başlamasını ayırd etmək çətin məsələdir", - iddiasını ortaya qoyur. Onun çıxışında ittiham irəli sürdüyü Azərbaycan sözündən cəmi 1 dəqiqə sonra davanı kimin başlamasının naməlum olduğunu deməsi həm məntiqsizlikdən, həm də siyasi savadsızlıqdan irəli gəlir. Şübhəsiz ki, bütün bunların xarici zərbəsi bizə dəyə bilər. Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərimizi də unudub. Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da "yaddan çıxarıb”. Yoxsa düşmən dəyirmanına bu qədər su tökməzdi.

Nə düşünürsən?