Sağa dönə bilməyən sürücü

  • 26.07.2020
  • 0

İzləyicimiz öz avtomobilində olan videoregistrator vasitəsilə qeydə alınmış videogörüntünü göndərib və qayda pozan sürücünü ictimailəşməyimizi, DYP rəsmilərinin hadisəyə hüquqi qiymət verməsini istəyib. Onun bildirdiyinə görə və elə videodan da göründüyü kimi, 22 iyul 17:59 radələrində Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə doğru hərəkət edən zaman 90 GD 455 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin VII bəndinin tələblərini pozur. Belə ki, sağa dönmək üçün ən sağ zolağı tutmalı olan sürücü ikinci zolaqdan bir başa sağa dönmə edir. Hələ bu azmış kimi sağa dönən zaman ən sağ zolaqla hərəkət edən avtomobilə təhlükə yaradır. Öz zolağı ilə hərəkət edən sürücü sürətini azaldıb dayanmasa qəza qaçınılmaz olacaqdı. Sağ zolaqdakı sürücü qəzadan yayınmaq və qayda pozan sürücünün diqqətini cəlb etmək üçün səs siqnalından istifadə etsə də qayda pozan sürücü buna da əhəmiyyət verməmiş, heç olmasa bir işarə ilə üzrxahlıq da etmədən belə də olmalı imiş kimi sürətini artırıb, yoluna davam edib. Görəsən həmin sürücü yollarda hərəkətin idarə olunan avtomobillərin qabaritinə görə yox, yol hərəkəti qaydalarına görə nizamlanmasından xəbərsizdir?! Ümid edirik ki, DYP rəsmiləri sürücünü inzibati məsuliyyətə cəlb edən zaman qanunun aliliyini həmin sürücüyə bir daha izah edəcək.

Nə düşünürsən?