İlon Maskın peykləri maneə yaratdı

  • 25.07.2020
  • 0

Qlobal internet sisteminin peyki “Starlink” yeddi min ildən bir görünən və son yeddi ilin ən parlaq kometası olan C / 2020 F3-ü (NEOWISE) müşahidə etməyə mane olub. Bu barədə astrofotoqraf Daniel Lopez “Gizmodo”ya açıqlamasında bildirib. D.Lopez “Facebook”da Tenerife adasında (İspaniya) yerləşən Teyde Milli Parkından çəkilmiş NEOWISE kometasının şəklini yayımlayıb. Mütəxəssis görüntüdə kometadan əlavə, “Starlink” peyklərinin buraxdığı parlaq zolaqların da əks olunduğunu görüb. “Bu, astronomik müşahidələrin bildiyimiz şəkildə müşahidəsinin sonudur”, - deyə Lopez bildirib. Onun sözlərinə görə, dünya astronomları və astrofizikləri birliyi, kiçik peyklərin Yer ətrafı orbitə yerləşdirilməsindən narahatdırlar. Astrofotoqrafın sözlərinə görə, səmada uçan cisimlər elmi araşdırmalara mane olur. Xatırladaq ki, aprel ayında İlon Mask astronomik müşahidələr aparmağa mane olmamaları üçün “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin “Günəş əleyhinə çətirlər”lə təchiz olunacağını demişdi.

Nə düşünürsən?