Təyyarə yaşayış evinə çırpıldı

  • 25.07.2020
  • 0

Almaniyada yüngül mühərrikli təyyarənin yaşayış evinə çırpılması nəticəsində 3 nəfər dünyasını dəyişib, daha 1 uşaq xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə Vezel şəhəri ərazisində qeydə alınıb. “Reuters” agentliyinin yerli polisə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra evin damında yanğın başlayıb. Ölənlərin təyyarədəkilər və ya, ev sakinləri olması hələlik bəlli deyil. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?