Ermənilərin güllələdiyi tələbənin videosu yayıldı

  • 25.07.2020
  • 0

Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə ermənilərlə azərbaycanlılar arasında baş vermiş insidentin bəzi təfərrüatları məlum olub. Missiya.Az-ın əldə etdiyi məlumata görə, güllə yarası alan 2 həmyerlilərimizdən biri ayağından yaralanıb. Ona 2 güllə dəyib. Artıq soydaşımıza tibbi yardım göstərilib. Qeyd edək ki, hadisəyə səbəb ermənilərin azərbaycanlılara qarşı qeyri-etik ifadələr işlətməsi olub. Azərbaycanlılar onlara cavab verdiyi üçün ermənilər “Galendevagen” markalı maşından 4 tələbəmizə atəş açıb. Məlumata görə, ayaqlarından güllə yarası alan tələbələrdən biri Nicat Kərimov, digəri isə 20 yaşlı Azər Əsədovdur.

Nə düşünürsən?