Telefon təmir olunarkən bomba kimi partladı

  • 25.07.2020
  • 0

Türkiyədə təmir edilməsi üçün servisə gətirilən mobil telefonun batareyası bomba kimi partlayıb. BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Türkiyənin Aydın şəhərində baş verən hadisə insanlara qorxu dolu anlar yaşadıb. Təmir olunması üçün sırasını gözləyən telefonun batareyası anidən partlayıb. Mağaza sahibi Ömər Çağlar Sürər mətbuata açıqlamasında həmin vaxt başqa telefonu təmir etdiyini söyləyib: "Təmirə gətirilən telefon anidən yanmağa başladı. Daha sonra isə bomba kimi partladı. Partlayış səsi həm məni həm də ətrafdakı insanları çox qorxutdu". Ömər Çağlar Sürər havaların həddindən artıq isti keçməsinin telefon batareyalarının bu cür anidən partlamasına səbəb olduğunu bildirib.

Nə düşünürsən?