Yanan evin pəncərəsindən tullandılar

  • 25.07.2020
  • 0

Sosial şəbəkələrdə Fransada baş verən yanğın hadisəsinin görüntüləri yayılıb. Bildirilir ki, hündürmərtəbəli binada mənzillərin birində yanğın baş verib. Bu zaman evdə olan 3 və 10 yaşında olan iki azyaşlı qardaş çıxılmaz vəziyyətdə qalıb. Binanın eyvanın altına gələn sakinlər qardaşların köməyinə gəlib. Belə ki, əvvəlcə 3 yaşlı qardaşını eyvandan sakinlərin tutması üçün atan qardaş daha sonra özü də eyvandan tullanıb. Sakinlər onu da xilas edə biliblər. Xoşbəxtlikdən qardaşların heç birinə xəsarət dəyməyib. Amma görünən odur ki, mənzilə ciddi xəsarət dəyib.

Nə düşünürsən?