1xbet

Həmyerlilərimiz səfirliyin önündə ermənilərin səsini batırdı

  • 24.07.2020
  • 507 baxış
  • 0

Bu gün ermənilərin Azərbaycanın Çexiyadakı səfirliyi önündə aksiya keçirməklə bağlı məlumat paylaşıblar. Buna cavab olaraq, soydaşlarımız Praqa şəhərində yerləşən səfirliyimizin önünə gəliblər. Oxu.Az xəbər verir ki, Azərbaycan bayraqlarına bürünən həmvətənlərimiz səfirlik önünə gələn kiçik bir qrup erməniyə macal verməyiblər. Soydaşlarımız “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan”, “Qarabağa ədalət”, “Qarabağa bizimdir, bizim olacaq” şüarlarını səsləndirərək, erməniləri aksiya keçirmək istəmələrinə peşman ediblər.

Nə düşünürsən?