Azərbaycanlılara hücum edən erməni geri addım atdı

  • 24.07.2020
  • 0

Brüsseldə həmyerlimizə hücum edən Eduard Baqramyan üzə çıxıb. Qazet.az xəbər verir ki, o, baş verənlər barədə video yayımlayaraq əməlini təkzib edib. Qeyd edək ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni gənc təxribat törədərək azərbaycanlı gənclərə hücum ediblər. Onlar həmyerlilərmizə qarşı fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir ediblər. Eduard Baqramyan adlı şəxs isə törədilən cinayəti lentə alıb.