Mağazalardan oğurluq edənlər tutulub

  • 24.07.2020
  • 0

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtda, eləcə də Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb. Xezerxeber.az-ın məlumatına görə, tədbir zamanı Şəmkir rayon sakini Sərdar Pənəhov tutulub. Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazasından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. S.Pənəhov ifadəsində törətdiyi oğurluqların sayının yüzlərlə olduğunu bildirib. Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in "102” Zəng Mərkəzinə müraciət edə bilərlər. Şəmkirdə isə mağazalardan silsilə oğurluq edən bacı-qardaş saxlanılıb.

Nə düşünürsən?