Xaricdə azərbaycanlılara qarşı hücumlarla bağlı saxlanılanlar var

  • 23.07.2020
  • 0

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, son bir həftə ərzində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, eləcə xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilir. Ermənilərin nifrətə əsaslanan cinayət əməlləri qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir. Xezerxeber.az-ın məlumatına görə, Xarici İşlər Nazirlyində keçirilən brifinqdə isə çıxış edən nazir müavini Xələf Xələfov bildirib ki, Los Ancelesdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri təxribatla əlaqədər ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri ermənilərin hərəkətlərini qaragüruh əməl kimi qiymətləndirib və Los Anceles polisinin araşdırmalara başladığını nəzərə çatdırıb. Nazir müavininin sözlərinə görə, son hadisələr bir daha göstərdi ki, Ermənistanın xarici siyasəti tam iflasa uğrayıb və ehtimal olunur ki, yenə gərginliyi artırmağa çalışacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev isə bildirib ki, Tovuz hadisələrindən sonra xaricdə yaşayan soydaşlarımız bütünləşdilər və bir daha dövlətimizin yanında olduqlarını göstərdilər. Xaricdə yaşayan soydaşlarımız tərəfindən ümumilikdə bu günə kimi 25 ölkədə 56 aksiya keçirilib. Daha 20 ölkədə vətəndaşlarımız tərəfindən dinc aksiyaların keçirilməsi planlaşdırılır. Soydaşlarımızın dinc xarakterli aksiyası ermənilərin törətdikləri təxribatların mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıyır. Qeyd edək ki, Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılan ermənilər var. Son hadisələrlə bağlı ABŞ-da 1 nəfər, Belçikada isə 6 nəfər erməni həbs edilib. Xəsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin göstərişi ilə zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin həlli Azərbaycan dövləti tərəfindən ödəniləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?