Ukrayna Azərbaycanla yeni saziş bağlayacaq

  • 23.07.2020
  • 0

Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib. Söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir. Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq. Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq/Report.

Nə düşünürsən?