Sabirabadda avtomobil aşıb

  • 23.07.2020
  • 0

Sabirabadda minik avtomobilinin aşması ölümlə nəticələnib. Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Sabirabadda, Hacıqabul-Sabirabad yolunun Surra kəndindən keçən hissəsində baş verib. Sabirabadın Yolçubəyli kənd sakini, 40 yaşlı Teyyub Mikayılov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Sürücü Teyyub Mikayılov orada dünyasını dəyişib. Yevlaxda isə qatar 32 yaşlı qadını vuraraq öldürüb. Bədbəxt hadisə rayonun Çənlibel qəsəbəsində baş verib. Dəmiryol xəttindən keçən rayon sakini Zülfiyyə Zamanovanı qatar vurub. Qadın aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Mərhum 3 uşaq anası olub. Yerli sakinlər bildirib ki, ərazidə qatarlar sürətlə hərəkət edir. Qəsəbədə hər hansı keçid də yoxdur. Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?