Karantin rejimi qaydalarını pozanlar həbs edilib

  • 23.07.2020
  • 0

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücünü polis əməkdaşları saxlayıb. Həyata keçirilən əməliyyat nəticəsində Zaur Kərimov, Ruslan Hüseynli, Azər Aslanov, Teymur Kərimov və sərnişin kimi icazəsi olmadan postdan kənar yollarla paytaxta gəlmək istəyən Oqtay Qədirov tutulub. Xezerxeber.az-ın məlumatına görə, əməliyyat zamanı sürücülərə xüsusi karantin postundan kənar torpaq yolla keçməyə bələdçilik edən Ələt qəsəbəsi sakini Elməddin Xəlilov da saxlanıb. Həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Azər Aslanov və Elməddin Xəlilov 15, Zaur Kərimov, Ruslan Hüseynli və Teymur Kərimov müvafiq olaraq 10 sutka inzibati qaydada həbs ediliblər. Oqtay Qədirova isə ciddi xəbərdarlıq edilib və o, 200 manat məbləğində cərimə olunub. Şəki və Goranboyda isə sərt karantin rejiminin qaydalarını pozaranlar cərimələniblər. Qeyd edək ki, iyulun 4-dən narıncı zona elan edilən Goranboyda giriş-çıxış və daxili hərəkət məhdudlaşdırılıb.

Nə düşünürsən?