Silahlı şəxs avtobusdakı insanları girov götürdü

  • 22.07.2020
  • 0

Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusundakı insanları girov götürüb. Vesti.ru xəbər verir ki, avtobusda 20 sərnişin var. O, əlində olan partlayıcı vasitə ilə əsirlərini öldürməklə hədələyir. Polis və xüsusi təyinatlılar avtobusu mühasirəyə alıblar. İlkin məlumata görə, həmin şəxsin avtomat silahı və bir neçə əl qumbarası var. Onun hansı tələbləri irəli sürməsi barədə məlumat verilmir. Silahlının insanları vurmaq və şəhərin digər tərəfində partlayış törətməklə hədələdiyi məlumdur. Şahidlərin sözlərinə görə, atəş səsləri eşidilir.