Yolda mübahisə etdiyi həmkarının avtomobilini əzik-əzik etdi

  • 15.07.2020
  • 0

Səudiyyə Ərəbistanının Asir əyalətində sürücünün avtomobillə yolda mübahisə etdiyi şəxsin maşınına vuraraq yararsız vəziyyətə salması, həvəskar kamera tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə Rafidah şəhəri ərazisində qeydə alınıb. Kadrlarda, sürücü idarə etdiyi “Toyota FJ Cruiser” markalı avtomobillə, yolda mübahisə etdiyi həmkarının “Toyota”sına dəfələrlə zərbələr endirdiyi görülür. Bir müddət davam edən təhlükəli hərəkətlər, zərərçəkənin avtomobilini yol kənarına çəkərək nəqliyyat vasitəsindən düşüb qaçmasından sonra başa çatıb. Ancaq münaqişə bununla da bitmir yol kənarında da davam edir. Əyalət polis idarəsinin nümayəndəsi Zaid Əl-Dabbaşın məlumatına görə, hadisədə iştirak edən 4 nəfər saxlanılıb, insidentin dəqiq səbəbləri araşdırılır.

Namiq Musayev

Nə düşünürsən?