Yola tökülən neft yanğına səbəb oldu

  • 15.07.2020
  • 0

Misirdə avtomagistrala tökülən neft yanğına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt Qahirədə baş verib. Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, “Şukair – Mostorod” neft borusunda baş verən partlayış zamanı yanacaq şoseyə dağılıb və hərəkətin intensivliyindən alışıb. Alovlar genişlənərək iri ərazini əhatə edib. Nəticədə 17 nəfər xəsarət alıb, 20-dən çox avtomobil isə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadasının maşınları və əməkdaşları cəlb olunub.

Namiq Musayev

Nə düşünürsən?