Yaşlı Ağdam sakininin mübarizə əzmi

  • 15.07.2020
  • 0

İyulun 12-14-ü tarixlərində Ermənistan ordusunun intensiv artilleriya atəşlərinə məruz qalan Tovuz rayonunun Ağdam kəndinin əhalisi arasında ruh yüksəkliyi, mübarizə əzmi var. Ayaz Orucovun evi şiddətli döyüşlərin getdiyi bölgənin düz ortasında yerləşir. Onun evi iyulun 14-də Ermənistanın artilleriya atəşi nəticəsində zərər görüb. Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı ev sakinləri ilə söhbətləşib. Evin ağbirçəyi Xuraman Orucova deyir ki, iyulun 14-də həyətlərinə mərmi düşən zaman özü də xəsarət alıb.

Nə düşünürsən?