Bölgələrdə də buraxılış və qəbul imtahanları keçiriləcək

  • 15.07.2020
  • 0

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi xəbər yayıb. Bildirilir ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Nə düşünürsən?