8 qol vurulan oyunda "Atalanta" qalib gəldi

  • 15.07.2020
  • 0

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib. Offsideplus.az xəbər verir ki, açılış matçında “Atalanta” autsayder “Breşiya”nı qəbul edib. 8 qol vurulan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 6:2. Hazırda "Atalanta" 70 xalla ikinci pillədədir. İtaliya A Seriyası 33-cü tur 14 iyul Atalanta – Breşiya 6:2 Qollar: Paşaliç, 2; 55; 58. De Roon, 25. Malinovski, 28. Sapata, 30 – Torreqrossa, 8. Spalek, 83.

Nə düşünürsən?