Orduya dəstək yürüşündə təxribata yol verildi

  • 15.07.2020
  • 0

Iyulun 14-də axşam saatlarında Bakı şəhərində başlayan orduya dəstək yürüşü Milli Məclisin qarşısında izdihamlı mitinqə çevrildi. İştirakçılar Ali Baş Komandana, orduya və dövlətə dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, yürüşə gələn bir qrup təxribatçı Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil oldular. İğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstərdi. Vəziyyətin nəzarətdən çıxdığını görən polis bütün qanuni vasitələrdən istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırdı.

Nə düşünürsən?