SON DƏQİQƏ! Ermənistan itkilərinin bir hissəsini açıqladı

  • 14.07.2020
  • 0

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi - mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan Azərbaycan Ordusu tərəfindən məhv edilib. Oxu24.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu barədə “Facebook” səhifəsində məlumat verib. Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.