"Real" səfərdən 3 xalla döndü

  • 14.07.2020
  • 0

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub. Offsideplus.az xəbər verir ki, son oyunda lider “Real” səfərdə “Qranada”nın qonağı olub. Madrid təmsilçisi bu oyunda 2-1 hesablı qələbəyə sevinib. Qeyd edək ki, aktivində 73 xalı olan "Real" ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır. İspaniya La Liqası 36-cı tur 13 iyul Qranada – Real 1:2 Qollar: Maçes, 50 – Mendi, 10. Benzema, 16.

Nə düşünürsən?