"Mançester Yunayted" son saniyələrdə 3 xalı əldən verdi

  • 14.07.2020
  • 0

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub. Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Mançester Yunayted” “Sauthempton”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. İngiltərə Premyer Liqası 35-ci tur 13 iyul Mançester Yunayted – Sauthempton 2:2 Qollar: Reşford, 20. Marsyal, 23 – Armstronq, 12. Obafemi, 90+7.

Nə düşünürsən?