Ermənilər şok video yaydı

  • 14.07.2020
  • 0

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib. oxu24.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat və videogörüntülər yayıb. Aşağıda gördüyünüz videonu isə ermənilər sosial şəbəkə vasitəsilə yayıblar. Videodan da görünür ki, Azərbaycan Ordusunun zərbəsi nəticəsində düşmənin avtomobil parkı alışıb. Erməni əsgərlər təlaş içindədirlər və nə etdiklərini bilmirlər. Onlar avtomobili söndürməyə cəhd etsələr də, bunu bacarmırlar. Videodan da görünür ki, düşmən ordusu tamamilə nəzarətsizdir. O qədər nəzarətsizdir ki, hərbi sirr hesab edilən bu kimi videoları belə çəkib, yayırlar.