1xbet

Müraciət: "Bir an öncə müharibəyə başlamaq lazımdır"

  • 13.07.2020
  • 41 baxış
  • 0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! "Dünən Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində şəhid olan hərbiçilərimizə Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram". Bu fikirləri Yeni Kanal internet televiziyasına açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. O, baş verən hadisələrin erməni təxribatından irəli gəldiyini, Azərbaycan Ordusunun onların cavabını layiqli şəkildə verdiyini qeyd edib. "İctimaiyyətin, vətəndaşlarımızın, soydaşlarımızın, Azərbaycanı sevənlərin, Qarabağ məsələsində bizi dəstəkləyənlərin dünənki hadisəyə münasibətləri göstərdi ki, müharibə qaçılmazdır. Sülh prosesini və danışıqları bir an öncə bitirib müharibəyə başlamaq lazımdır. Nəhayət ki, erməni işğalçılarını torpaqlarımızdan qovmalıyıq. Ali Baş komandan İlham Əliyevə müraciət edirəm. Əgər Azərbaycan dövləti müharibəyə başlasa, Ordumuz hücuma keçərsə mən də ehtiyatda olan hərbiçi kimi əlimdən gələni etməyə hazıram. Yetər ki, Azərbaycan Ordusu, dövləti işğal ləkəsini üzərindən atsın, namusunu təmizləmək üçün gücünü ortaya qoysun". Mübariz Göyüşlü Rusiya faktorunun çox şişirdilməsinin də əleyhinə olub. Onun sözlərinə görə 10 milyonluq bir xalq dövlətini, Ordusunu bu prosesdə dəstəkləyəndən sonra Rusiyanın təxribatları nəticə verməyəcək. Mübariz Göyüşlü Azərbaycanın da yalnız olmadığını, Türkiyə, Pakistan kimi qardaş və dost ölkələrin onlara yetərli dəstək verəcəyinə inandığını vurğulayıb. O, bəyan edib ki, Türk Konseyi və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən də dəstək almaq olar, yetər ki, Azərbaycan hərəkətə keçsin. Mübariz Göyüşlü dünən axşam, rayonlardan Bakıya yürüş edən, Tovuzda döyüş bölgəsinə yollanan insanların torpaqların azad olunmasını tələb etməsini, dövlətinə dəstəyini bu şəkildə ifadə etməsini də yüksək qiymətləndirib. "Bu insanları qınamağın əleyhinəyəm. Əlbəttə dövlətimiz, Ordumuz güclüdür, hər cür imkanlarımız var. Amma xalqın öz ordusunu, dövlətini, Ali baş komandanını dəstəkləməsindən, torpaqlarının işğaldan azad olunmasını tələb etməsindən təbii heç nə yoxdur. İnsanlar artıq torpaqların uzun müddət işğalda qalmasından bezib, bir an öncə müharibə edərək işğalçıların oradan qovulmasını istəyir. Mən də tezliklə ordumuzun hərbi yolla torpaqlarımızı azad edəcəyini, bu prosesə bütün xalqımızın da dəstək verəcəyinə inanıram. İrəli Azərbaycan əsgəri". Röya İsrafilova Yeni Kanal

Nə düşünürsən?