Ermənistan şokda: Ölü sayı 200

  • 13.07.2020
  • 0

Ermənistanda xalq küçələrə axışıb. Oxu24.com xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən, paytaxt İrəvanda mülki şəxslərlə polis arasında qarşıdurma yaşanır. Məlumata görə, əhali Müdafə Nazirliyi binası qarşısında ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən insident barədə dəqiq informasiya və ölənlərin meyitini, həmçinin saylarının açıqlamasını tələb edir. Polis aksiya iştirakçılarına güc tətbiq edərək avtomobillərə doldurur. Gərginlikdən qorxan Paşinyan təcili olaraq fövqəladə vəziyyəti uzadıb. Bu isə gərginliyi azaltmayıb. Askiya iştirakçıları baş verənlərlə bağlı ordunun itkilərinin gizlədildiyini, 100-dən çox erməni əsgərinin öldüyün bildiriblər.